SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Şəhər Gənclər Mərkəzində “Lira” musiqili-intellektual oyununun IV mərhələsi başa çatıb

Naxçıvan Şəhər Gənclər Mərkəzində “Lira” musiqili-intellektual oyununun IV mərhələsi başa çatıb
4-06-2019, 18:57

İyunun 4-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili-intellektual oyunun IV mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, “Lira” musiqili-intellektual oyununda muxtar respublikanın uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin hamısının iştirak etməsi nəzərdə tutulmuş və bununla bağlı qrafik tərtib edilmişdir. Qrafikə əsasən 2018-2019-cu tədris ili ərzində keçirilən oyunların nəticəsinə əsasən, qalib komandalar 2019-ci il iyun ayının 7-də keçiriləcək final mərhələsində iştirak edəcəklər.

O qeyd etmişdir ki, belə oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaqdan ibarətdir.

Daha sonra bu mərhələdə iştirak edəcək komandaların adları və oyunun şərtləri açıqlanmışdır.

Nəzərinizə çatdıraq ki, IV mərhələdə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin “Humayun”, Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin “Muğam”, Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbinin “Dəsgah”, Şərur rayonunun Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin “Rast”, Ələkli Kənd Uşaq Musiqi Məktəbinin “Ovşarı”, Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin “Arazbarı” komandaları iştirak etmişdir.Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda komandalar görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləmə yolu ilə təyin etmiş, musiqinin ümumi-nəzəri məsələləri və görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə bağlı sualları cavablandırmışlar.

Bu mərhələnin yekununa görə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin “Humayun” komandası I, Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin “Rast” komandası II, Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbinin “Dəsgah” komandası isə III yerin qalibi olmuşlar. Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin “Muğam” komandası isə Diplomla mükafatlandırılmışdır.

Qeyd edək ki, “Lira” musiqili-intellektual oyunun final mərhələsi iyun ayının 7-də keçiriləcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031