SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qızılca yayıldı - Yoluxanların sayı 981 nəfərə çatdı

Qızılca yayıldı - Yoluxanların sayı 981 nəfərə çatdı
4-06-2019, 14:20

ABŞ-da yanvarın 1-dən qızılcaya yoluxanların sayı 981 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Xəstəliklərə nəzarət edilməsi və onların qarşısının alınması üzrə Mərkəzdən bildiriblər.

Məlumatda deyilir: "Bu gün "CDC" bildirir ki, 2019-cu ildə ABŞ-da 981 qızılcaya yoluxma halı qeydə alınıb. Bu, 1992-ci ildən yarım il ərzində qeydə alınan ən yüksək göstəricidir. 1992-ci ildə 2126 yoluxma halı olub".

Qeyd edilir ki, virus ölkənin 26 ştatında, o cümlədən Nyu York, Kaliforniya, Corciya, Merilend, Pensilvaniya və Vaşinqtonda da yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, cari ilin ilk kvartalında bütün dünya üzrə 112 mindən artıq bu xəstəliyə yoluxma halı qeydə alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30