SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi keçiriləcək

Naxçıvanda  “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi  keçiriləcək
3-06-2019, 16:06

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri,həvəskar və professional fotoqraflar iştirak edə bilər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələri ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim
etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq,gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq
və bədii zövqü inkişaf etdirməkdir.

Müsabiqədə yaradıcı qabiliyyəti olan hər bir gənc və digər yaş qrupundan olan yaradıcı və həvəskar şəxslər iştirak edə bilər. Müsabiqəyə təqdim
olunan materiallar müsabiqənin məqsədinə uyğun olmalı və şərtlərinə cavab verməli, ideya və kompozisiya orijinal olmalı, təqdim olunan iş asan
qavranmalı və təsirli, keyfiyyətli olmalıdır. Bu hallar əsas qiymətləndirmə meyarları sayılır.

Təqdim edilən filmlər CD formatda bir ədəd diskdə və beş dəqiqədən artıq olmalı, fotolar isə 5 ədəddən artıq olmamalı, bir ədəd diskdə CD formatda və ya 20x30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda təqdim edilməlidir.

Mövzular isə aşağıdakı kimidir:

- Xalqımızın ailə dəyərləri, adət-ənənələri;

- ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği;

- ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü
olmasının sirləri;

- ümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram
və hörməti;

- ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı;

- qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar;

- övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı;

- qonaqpərvərlik ənənələrimizin təbliği və s.

Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları film və ya fotoları, müvafiq anketi şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə 2019-cu
il iyun ayının 28-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidir.

Müsabiqəyə təqdim edilmiş film və fotoların qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən keçiriləcək.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

- Birinci yer (bir nəfər)- diplom və pul mükafatı (200 AZN)

- İkinci yer (bir nəfər)- diplom və pul mükafatı (150 AZN)

- Üçüncü yer (1 nəfər)- diplom və pul mükafatı (100 AZN)

- Həvəsləndirici yer (3 nəfər)- diplom və qiymətli hədiyyə

Yerlər film və fotolar üçün ayrılıqda təyin edilir.

Ünvan: Naxçıvan şəhəri, H. Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Əlaqələndirici şəxs: Tarverdi Məmmədov

Tel: 545-39-75
Qeyd: Müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031