SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təlim-tərbiyə prosesində “Uşaq hüquqları” haqqında qanundan istifadənin yolları və vasitələri

Təlim-tərbiyə  prosesində  “Uşaq  hüquqları”  haqqında     qanundan  istifadənin yolları və vasitələri
3-06-2019, 12:49

Azərbaycan Respublikasında uşaqların və gənclərin tərbiyəsi xüsusi yer tutur. Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən insanın tərbiyə olunmasını tələb edir. Təhsil alan uşaq və gənclərin dövlətçilik ruhunda tərbiyəsi prioritet sahələrdəndir .
Azərbaycan dövlətinin qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin təhsil müəssisələrində tədrisi, onun nümunəsində tərbiyə olunması istiqamətində “Heydər Əliyev irsinin təhsil sistemində təbliğ edilməsi yolları”, “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişafı”, “Heydər Əliyev və Azərbaycan” mövzularında elmi-praktik konfranslar, dərslər keçirilmiş, yazılar, müsabiqələr təşkil olunmuşdur.
Hər bir təhsil müəssisəsində ümummilli liderimizin fəaliyyətini əks etdirən foto guşələr və onun fəaliyyəti ilə bağlı dərslər aparılan otaqlar yaradılmışdır. Ənənəvi olaraq bütün tip təhsil müəssisələrində Azərbaycan Republikasının atributları təbliğ olunur, məktəblilərdə onlara məhəbbət hissi aşılanır. Dövlət bayrağının, gerbinin, himninin yaranması və qorunub saxlanmasında, tətbiqində ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti məktəblilərə öyrədilir.
Dövlətçilik tərbiyəsinin mahiyyətini daha da zənginləşdirmək baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncam və çıxışlarından irəli gələn vəzifələr təhsil müəssisələrində pedaqoji ictimaiyyətə çatdırılır.
Təlim prosesində və məktəbdənkənar tədbirlərdə diqqət yetirilən əsas məsələlərdən biri milli mənəvi tərbiyədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə, musiqimizlə, ədəbiyyatımızla, tariximizlə bağlı çıxışlarına istinad olunaraq, məktəblilərlə bu istiqamətdə aparılan işin konsepsiyası işlənmişdir. “Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi”nin məzmunu, forması, metodları və yolları yeniləşdirilmişdir.
Vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi, məhəbbət hissinin, məsuliyyət hissinin, hər an öz vətəninin, öz xalqının müdafiəsinə qalxmağa hazirlığın formalaşmasıdır.
Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi daha böyük aktuallıq tələb edir. Qloballaşan dünyamızda milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti məktəblilərə aşılanır.
Ümummilli liderimiz Heydər Əliyev göstərirdi ki, “Asudə vaxt problemdir, bunun həll edilməsi ailə və şəxsiyyətin, kollektivin və bütövlükdə cəmiyyətin mənəvi sağlamlığını möhkəmləndirməyə kömək edir”. Bu baxımdan məktəblilərin asudə vaxtının düzgün qurulmasında məktəbdənkənar təhsil müəssisələrinin böyük rolu vardır.
Fiziki tərbiyə və idman dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Respublikaya rəhərlik etdiyi dövrlərdə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi dövlət qayğısı olmuşdur. Hazırda Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fəaliyyətində bu sistem prioritet sahələrdən birini təşkil etməkdədir.
Cəmiyyət daim irəliyə doğru getməyə məcburdur. Bu, ümumən insanlığın inkişaf qaydası kimi anlaşılır. Yeniliklər, bu prosesdə ortaya çıxan anlaşılmazlıqlar, mənəvi və maddi sferada qayğılar təbii olaraq təhlillərə səbəb olur, müzakirələr açılır. Ancaq sonda bu təhlillər insani yaşamın daha yaxşı olması üçün atılan addımlar kimi cəmiyyətdə qəbul edilir. Yekun nəticə olaraq qeyd edək ki, müəllimlərin, valideynlərin bu sahələrdə maarifləndirilməsi əsas məsələlərdən biri olmuşdur.

Gülmira Hacıyeva
Naxçıvan Müəllimlər İnstitutu

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930