SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ayntraxt” azarkeşləri Bakıdakı finalın biletlərini daun sindromlu uşaqlara hədiyyə edib - VİDEO

“Ayntraxt” azarkeşləri Bakıdakı finalın biletlərini daun sindromlu uşaqlara hədiyyə edib - VİDEO
31-05-2019, 20:57

Bakı Olimpiya Stadionunda təşkil olunmuş UEFA Avropa Liqasının final oyunu öncəsi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri aksiya keçiriblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, finala yüksələcək komandalar müəyyənləşməzdən əvvəl qarşılaşmaya bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxta göndəriblər.

“Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olan uşaqlara hədiyyə olunub.

Qeyd edək ki, mayın 29-da keçirilən qarşılaşmada "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30