SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda təmizlik aksiyası keçirilib

Şahbuz rayonunda təmizlik aksiyası keçirilib
31-05-2019, 16:35

Bu gün 1-5 iyun "Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü" münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Şahbuz rayonu ərazisində ekoloji təmizlik aksiyası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiya təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbir başlamazdan öncə Gənclər və İdman Nazirliyinin əməkdaşı Samir Oruclu çıxış edərək bildirmişdir ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minumuma endirilməsi və mühafizəsinin təkminləşdirilməsi sahəsində bir çox dövlət proqramları qəbul olunub və icrası təmin olunur. Hər il “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir. Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır. Daha sonra Gənclər Fondunun əməkdaşı Fərid Seyidov da çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verdikdən sonra təmizlik aksiyasına başlanılmışdır. Aksiya iştirakçıları ərazinin tullantılardan təmizlənməsində fəallıq göstərmişlər. Aksiyada 30 nəfər gənc iştirak edib.


Şahbuz rayonunda təmizlik aksiyası keçirilib
Şahbuz rayonunda təmizlik aksiyası keçirilib
Şahbuz rayonunda təmizlik aksiyası keçirilib
Şahbuz rayonunda təmizlik aksiyası keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031