SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikasının səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikasının səfiri ilə görüşüb
21-12-2018, 19:34

Dekabrın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Naxcivanxeberleri.com-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs edib. Bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da roluna toxunan Komitə sədri bildirib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına töhfəsini verəcək.

Səfər Mehdiyev vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. İki ölkə arasında bütün sahələrdə səmərəli, işgüzar əlaqələrin qurulduğu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyi bildirilib.

Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını söyləyən Səfər Mehdiyev, xüsusilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikasının səfiri ilə görüşüb

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930