SON DƏQİQƏ

naxcivanxeberleri.com

FHN-nin yanğınsöndürən, əməliyyat-minik və xüsusi təyinatlı avtomobilləri payız-qış mövsümü istismarı şəraitinə keçirilib-FOTO

FHN-nin yanğınsöndürən, əməliyyat-minik və xüsusi təyinatlı avtomobilləri payız-qış mövsümü istismarı şəraitinə keçirilib-FOTO
4-10-2022, 15:31

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayınında və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələ təşkil olunub.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşgələlərdə texnikalara, aqreqatlara və mexanizmlərə necə qulluğun göstərilməsi, tələb olunan sənədlərin hazırlanması və işlənilməsi qaydalarının şəxsi heyətə çatdırılıb.

Məşğələlərin yekununda xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçid dövrünün təyin olunan müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı komandir-rəis heyətinə tapşırıqlar verilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031