SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Dövlət Universitetində olub

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Dövlət Universitetində olub
30-05-2019, 18:00

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin qarşısında qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov onları ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Rektor rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində davam edən tədbirdə rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Universitetdə hal-hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir.
Səfir Azərbaycan və Hindistan arasında rəsmi əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin təhsil sahəsində də gücləndirilməsinin vacibliyini qeyd edib. Diplomat universitetdəhər bir fakültə üçün ayrıca tədris korpusunun olmasını heyranlıqla qarşılayıb. Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.Sonda tələbələrin sualları cavablandırılıb.


Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Dövlət Universitetində olub
Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Dövlət Universitetində olub
Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Dövlət Universitetində olub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31