SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır - FOTO

Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır - FOTO
30-09-2022, 09:00

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Arpaçay Su Anbarı və Şərur Şəhər Su Təmizləyici Qurğular Kompleksinin ətrafında dezinfeksiya işləri görülüb, ətraf ərazilər xüsusi məhlulla dərmanlanıb.

Bununla yanaşı içməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Yaycı gölündən  su nümunələri götürülüb, analizlər aparılıb. Analizlər nəticəsində suların pH göstəriciləri, temperaturu, bulanıqlığı, anion və kationların, eləcə də digər elementlərin miqdarı yoxlanılıb. Nəticələrə əsasən bir sıra yaşayış məntəqələrini əhatə edən içməli suyun ekoloji tələblərə uyğun olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq analoji tədbirlər digər su anbarlarında da davam etdiriləcək.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031