SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hüquq-mühafizə orqanlarında çalışan maliyyə-mühasibatlıq işçiləri təlimə cəlb olunub-FOTO

Hüquq-mühafizə orqanlarında çalışan  maliyyə-mühasibatlıq işçiləri    təlimə cəlb olunub-FOTO
28-09-2022, 19:00

27-28 sentyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində iki günlük təlim keçirilib.

“Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması” adlı təlimə muxtar respublikanın  hüquq-mühafizə orqanlarında çalışan 22 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub. Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi, mahiyyəti və aktuallığı barədə məlumat verib.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Təlimin ilk günü Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlə sektorunun müdiri  Arzuman İmanov tərəfindən Peşəkar Mühasib Sertifikasiyası haqqında maarifləndirici məlumat verilib, daha sonra “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının  nəzəri əsasları” modulu ətrafında slaydlar vasitəsilə təqdimat olunub. Bildirilib ki,  tədricən baş verən əməliyyatların dəqiq hesablanması və sənədləşdirilməsi çətin olduğu üçün hesabat dövründə cəmlənərək birdəfəlik uçota alınması düzəliş qeydlərinə ehtiyac yaradır. Təqdimat zamanı düzəliş qeydlərinin mahiyyəti haqqında məlumat verilib, onun növləri, düzəlişlərin əks etdirilməsi, gəlir və xərc hesablarının bağlanması zamanı tarazlığın qorunması, əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər  izah edilib. 

Növbəti gün “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanmasının praktiki izahı” modulu ətrafında Arzuman İmanov müəssisədə baş vermiş düzəliş qeydlərinə aid praktiki nümunələr əsasında  əməliyyatların  müxabirləşməsinin verilməsi, müvəqqəti hesabların bağlanması, düzəliş olunmuş və son sınaq balansının hazırlanması, maliyyə hesabatlarının tərtib olunmasını geniş  izah edib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara MaliyyəTədris Mərkəzinin sertifikatları təqdim edilib.

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031