SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin tarixə ekskursiya ünvanı Şərur olub-FOTO

Gənclərin tarixə ekskursiya ünvanı Şərur olub-FOTO
28-09-2022, 18:18

Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin ortaq layihəsi olan “Tarixə ekskursiya”nın proqramına əsasən gənclər üçün Şərur rayonunun tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub. Ardınca isə onlar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda iştirak ediblər. Oyun üçün tərtib olunan suallar məhz, ekskursiyalarda verilən məlumatlarla bağlı olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, ekskursiyadan öncə nazirliyin əməkdaşı Valeh Mahmudov iştirakçıları salamlayaraq layihənin məqsəd və əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, gənc nəslin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafının stimullaşdırılması, onlar arasında milli dəyərlərin, tariximizin təbliği, eləcə də muxtar respublikanın turizm imkanlarının tanıdılmasında gənclərin rolunu artırmaq üçün müxtəlif tədbirlər keçirilir. “Tarixə ekskursiya” layihəsi də bu qəbildəndir.

Gənclər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, Cəlilkəndəki qədim buzxana, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Yengicə kəndindəki XVIII əsrə aid Şərq hamamını ziyarət ediblər. Bələdçilər tərəfindən adıçəkilən məkanların yaradılma tarixi, nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırıb.

 “Nə? Harada? Nə zaman?” İntellektual Oyununa gəlincə, gənclər yarışmada 6 komandaya bölünərək qələbə uğrunda mübarizə aparıblar. Hər komandanın heyətində 5 oyunçu olub. 2 turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Nəticələrə əsasən “Qartal” oyunun birincisi olub. Qalib heyətin üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

 


Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031