SON DƏQİQƏ

naxcivanxeberleri.com

NDU-da təhsil alan əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlığı həyata keçirilib-FOTO

NDU-da təhsil alan əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlığı həyata keçirilib-FOTO
28-09-2022, 17:32

Bu gün Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlığı həyata keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, mərkəzin elmi katibi Nihad Tarverdiyev mərkəz haqqında tələbələrə geniş məlumat verərək qeyd etmişdir ki, ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətinin bütün istiqamətlərinin ardıcıl olaraq təkminləşdirilməsi həyata keçirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Elmi tədqiqat işlərinin aparılması üçün hər cür şəraitlə təmin olunan Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən 16 yaşdan yuxarı hər bir azərbaycanlı, hətta xarici ölkə vətəndaşları da mərkəzin imkanlarından istifadə edə bilərlər. Burada Naxçıvanın demək olar ki, bütün elm sahələrinə aid çox dəyərli, həm də müxtəlif dillərdə olan kitablar, jurnal və qəzet materialları, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər və s. qorunub saxlanılır.

Qeyd olunmuşdur ki, Naxçıvanşünaslıq Mərkəzi elmi tədqiqat müəsisəsi kimi fəaliyyət göstərir. Bununla yanaşı  doğma diyarımızın təbliği və gənc nəslin qədim tariximizi, zəngin mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini daha dərindən mənimsəməsi üçün mərkəz tərəfindən açıq dərslər, kitab müzakirələri, naxçıvanşünaslığı əhatə edən müxtəlif tədbirlər və.s  təşkil olunur.

 

   

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031