00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Azərbaycan uşaqlara görə alimentin tutulması ilə bağlı Konvensiyada fransız dilindən istifadədən imtina edir
Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın mərkəzi orqanlar arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bununla bağlı “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Azərbaycan bu Konvensiyaya iki qeyd-şərtlə qoşulur. Belə ki, Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın 62-ci maddəsinə və 2-ci bəndinə uyğun olaraq, Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir.
Digər qeyd-şərt isə belədir: Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın 62-ci və 44-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq, mərkəzi orqanlar arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir.
Qeyd edək ki, Konvensiyanın 44-cü maddəsinin (Dilə dair tələblər) 3-cü bəndi isə belədir: "Mərkəzi orqanlar tərəfindən başqa cür razılaşdırılmadığı təqdirdə, belə orqanlar arasında hər hansı digər əlaqə sorğu edilən dövlətin rəsmi dilində və ya ingilis, yaxud fransız dillərində həyata keçirilir. Lakin razılığa gələn dövlət 62-ci maddəyə uyğun olaraq qeyd-şərt etməklə ingilis və ya fransız dillərindən istifadəyə etiraz edə bilər.