SON DƏQİQƏ

naxcivanxeberleri.com

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti Şuşada olub-FOTO

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti Şuşada olub-FOTO
12-09-2022, 22:04

Azərbaycanda səfərdə olan Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti Şuşada olub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azerinin başçılıq etdiyi nümayəndə heyəti yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və post-müharibə dönəmində aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olub.

Mədəniyyət paytaxtında “Bazarbaşı”, Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın sarayını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəyovun heykəlini, Bülbülün ev-muzeyini və Gəncə Qapısını ziyarət edən qonaqlar Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyətinin sədri Məftun Abbasov və Azərbaycan Respublikası Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər.

Görüşlər zamanı Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının V Qurultayına və Diaspor Gənclərinin III Yay Düşərgəsinə ev sahibliyi etdiyi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə diaspor fəallarının və xaricdə yaşayan soydaşlarımızın qədim şəhərə tez-tez səfərlər etdiyi barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Amerika-Azərbaycan Cəmiyyətinin diaspor tariximizdə, Azərbaycanın tanıdılmasında, ölkəmizin həqiqətlərinin təbliğində oynadığı rol, xüsusilə də ABŞ-da təhsil alan gənclərimizi dəstəklədiyi, Tomris Azerinin azərbaycanlı tələbələrin mənəvi anası olduğu məmnuniyyətlə vurğulanıb.

Uzun illər ərzində həsrətini çəkdiyi Şuşaya valeh olduğunu söyləyən Tomris Azeri bu səfərin təşkilinə görə Dövlət Komitəsinə minnətdarlığını bildirib və rəhbərlik etdiyi cəmiyyətin Komitə ilə gələcəkdə birgə layihələr həyata keçirəcəyini söyləyib.

Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndə heyətinin ölkəmizə səfəri Komitənin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib. Müxtəlif sahələri təmsil edən amerikalıların daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində bir sıra rəsmi qurumlar və ali məktəb kollektivləri ilə görüşüb. Nümayəndə heyətinə Amerika-Azərbaycan Cəmiyyətinin üzvləri Seva Əzimova və Nigar Pənahova, məşhur “Nai-Ni Chen Dance Company” şirkətinin icraçı direktoru Endrü Çanq (Andrew Chiang), türk əsilli amerikalı jurnalist, “Turk of America” jurnalının baş redaktoru Cemil Özyürt daxil olub.

Xatırladaq ki, Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azeri Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri, milli təhlükəsizlik təşkilatının ikinci sədri Nağı Şeyxzamanlının nəvəsidir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031