SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kitab oxumağa maraq artır

Kitab oxumağa maraq artır
18-09-2022, 22:57

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilmişdir. Siyahıda qeyd olunan kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşünün formalaşmasına xidmət etmək məqsədi daşımaqla yanaşı, həm də yaşlı nəslin mütaliəyə marağının artmasını təmin etmişdir. Məlum sərəncamdan sonra kitabxanalarda oxucu sayının get-gedə artması da bunu təsdiq edir.

Rayonumuzdakı bütün kitabxanalarda və məktəblərdə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən kitablardan ibarət guşələr və sərgilər təşkil edilmişdir. Bununla yanaşı, kitabxana filiallarında və məktəb kitabxanalarında siyahıda adı qeyd olunan kitabların vaxtaşırı müzakirəsi də təşkil olunur. “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin tanınmış ziyalıları, elm adamları, mədəniyyət işçiləri və digər kateqoriyadan olan insanlar tərəfindən rəğbətlə qarşılanıb.
Siyahıdakı ədəbiyyatların hamısı son dərəcə qiymətli, xüsusilə gənc nəsil tərəfindən mütaliə olunması zəruri olan kitablardır. Qeyd olunan kitabların hər birində vətənpərvərlik, elə-obaya, doğma torpağa, ailəyə bağlılıq mövzusu ön plandadır, bunların hər biri həm də tərbiyəvi əhəmiyyəti ilə seçilir.
Bu kitablar həm də oxuculara həyatda düzgün yol göstərən qiymətli ədəbiyyatlardır. Bu, eyni zamanda əhalinin kitabdan, mütaliədən uzaq düşməməsi üçün vacibdir, kitaba qayğıdır, qayıdışdır. Ən maraqlısı odur ki, siyahıda təkcə Azərbaycan ədəbiyyatının deyil, eləcə də klassik dünya ədəbiyyatının şedevrləri yer alıb.
Kitaba qayıdış gənclərimizi işıqlı sabahlara səsləməkdir.
Müdriklər deyiblər ki, tarixi yaradan, nəsilləri bir təblərdə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən kitablardan ibarət guşələr və sərgilər təşkil edilmişdir. Bununla yanaşı, kitabxana filiallarında və məktəb kitabxanalarında siyahıda adı qeyd olunan kitabların vaxtaşırı müzakirəsi də təşkil olunur. “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin tanınmış ziyalıları, elm adamları, mədəniyyət işçiləri və digər kateqoriyadan olan insanlar tərəfindən rəğbətlə qarşılanıb. Siyahıdakı ədəbiyyatların hamısı son dərəcə qiymətli, xüsusilə gənc nəsil tərəfindən mütaliə olunması zəruri olan kitablardır. Qeyd olunan kitabların hər birində vətənpərvərlik, elə-obaya, doğma torpağa, ailəyə bağlılıq mövzusu ön plandadır, bunların hər biri həm də tərbiyəvi əhəmiyyəti ilə seçilir. Bu kitablar həm də oxuculara həyatda düzgün yol göstərən qiymətli ədəbiyyatlardır. Bu, eyni zamanda əhalinin kitabdan, mütaliədən

uzaq düşməməsi üçün vacibdir, kitaba qayğıdır, qayıdışdır. Ən maraqlısı odur ki, siyahıda təkcə Azərbaycan ədəbiyyatının deyil, eləcə də klassik dünya ədəbiyyatının şedevrləri yer alıb. Kitaba qayıdış gənclərimizi işıqlı sabahlara səsləməkdir. Müdriklər deyiblər ki, tarixi yaradan, nəsilləri birbirinə qovuşduran kitablardır. Bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi də kitablardır. Əsas məqsəd gənc nəslə gələcəyini necə müəyyənləşdirmək, vətənpərvərlik tərbiyəsi aşılamaq, eyni zamanda əhalinin mütaliəyə olan marağını artırmaqdır.
“Kitab bilik mənbəyidir” ifadəsi bu gün üçün də aktualdır. Biliksiz xoşbəxt gələcək yoxdur. Ona görə də, yaşından asılı olmayaraq, hər kəs müntəzəm mütaliə etməli, çoxlu kitablar oxumalı və zəngin həyat təcrübəsinə malik olmalıdır. Bu mənada oxunması zəruri olan kitabların hər birinin öz əhəmiyyəti vardır.

Bir məsələni də qeyd edim ki, oxunması zəruri olan kitabların geniş oxucu kütləsinə təqdim olunması baxımından Şərur Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası da müəyyən işlər görür. Yerlərdə veteranlarla görüşə əliboş getmirik, həm də adları siyahıda olan ədəbiyyatlardan bir neçəsini götürür, onlara əsərin mənası, məzmunu, həyati əhəmiyyəti barədə qısaca məlumat verir, çalışırıq ki, kitab oxumağa maraq daha da artsın. 

Vidadi SÜLEYMANOV
Şərur Rayon Müharibə, Əmək, Silahlı
Qüvvələr və Hüquq-Mühafizə Orqanları
Veteranları Şurasının sədri

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031