SON DƏQİQƏ

naxcivanxeberleri.com

Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb

Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
27-05-2019, 21:27

Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Dövlət Turizm Agentliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.

BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayı artıb. Ümumilikdə apreldə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.

Cənubi Asiyadan Hindistan, Mərkəzi Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Mərkəzi Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.
Türkiyədən gələn turistlərin sayında 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.

2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, də Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumilikdə 848 min xarici vətəndaş ziyarət edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30