SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO

Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
27-05-2019, 20:56

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Günnüt qələbəsinin 1-ci ildönümünə həsr olunmuş “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı qeyd edib ki, ötən il ordumuzun əldə etdiyi Günnüt zəfəri “Günnüt” adının yaddaşımızda uğur, qalibiyyət rəmzi kimi xarakterizə olunmasına imkan vermişdir. Günnüt, eyni zamanda Azərbaycanımızın hələlik digər işğal altında qalan torpaqlarına gedən yolun başlanğıcıdır.
Vurğulanıb ki, ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib. Günnüt qələbəsi də Vətən uğrunda mübarizəmizin ən ali zirvələrindəndir. O, zirvədən Qarabağa, Şuşaya doğru dalğalanan üçrəngli bayrağımız isə böyük qələbəmizin soraqçısıdır. İnanırıq ki, Silahlı Qüvvələrimiz qısa müddətdə bu sevinci də bizə yaşadacaq.
Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda yazılan şeirləri bədii qiraət edib, musiqi nömrələri səsləndirib və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim ediblər. İştirakçılar şagirdlərin Günnüt zəfəri haqqında hazırladıqları videoçarx və filmləri seyr ediblər.
Sonda Günnüt qələbəsinin 1-ci ildönümünə həsr olunmuş “Mən Vətənimi sevirəm” inşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTOKəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO
Kəngərlidə “Qələbəmizin Günnüt salnaməsi” adlı tədbir keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30