SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar

Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar
16-08-2022, 19:18

Azərbaycanın sonuncu cüdoçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.

NAXCİVANXEBERLERİ.COM-un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.

Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.

Bununla da cüdo üzrə Azərbaycan milli komandası İslamiadanı 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930