SON DƏQİQƏ

naxcivanxeberleri.com

Parafinlə aparılan müalicənin faydası

Parafinlə aparılan müalicənin faydası
13-08-2022, 12:52

Müasir dövrdə parafin osteoxondroz, oynaq və bel ağrıları tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. Tərkibində kimyəvi maddələr olmayan parafin dərini nəmləndirir və hamarlaşdırır. Prosedur yalnız əridilmiş parafinlə aparılır. Maye halını aldıqdan sonra dəriyə sürtülür və tez zamanda quruyur. Hava keçirmədiyinə görə dəriyə istilik verir, qan dövranını gücləndirir və dərini daha da elastikləşdirir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Şam formasında olan parafin əridilir və əriyəndən sonra kürək nahiyəsinə çəkilir. Onun boyun və onurğa üçün çox böyük faydası var. Parafin qan dövranını yaxşılaşdırır, əzələni yumşaldır. Osteoxondroz zamanı xüsusilə yaxşı təsir göstərir, dirsəklərdə və diz qapaqlarındakı iltihabı aradan qaldırır”.

Parafindən istifadə edilməsi proseduru təxminən yarım saat davam edir. Onun çəkilməsi məhv olmuş hüceyrələri aradan götürür və dərini canlandırır. “Parafin sürtüləndən sonra xəstənin üstü örtülür, işığa verilir, 10-15 dəqiqə qalandan sonra bədən yumşalır, bundan sonra edilən masaj çox rahatlıq verir. Osteoxondroz, boyun ağrısı, bel ağrısı və duzlaşma olduqda masajdan sonra onun üzərindən yenə müalicə proseduru aparılır”,- deyə həkim-fitoterapevt bildirib.

İstənilən nəticənin əldə edilməsi üçün müalicə proseduru azı 10 gün davam etməlidir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930