SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada ötən ay 142 nəfərə əmək pensiyası təyin edilib

Muxtar respublikada ötən ay 142 nəfərə əmək pensiyası təyin edilib
13-08-2022, 10:01

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün iyul ayında da müvafiq işlər görülüb, pensiya ödənilməsinə 17 milyon 365 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 311 min manat vəsait xərclənib. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci ilin üçüncü rübü üzrə verilməsi nəzərdə tutulan 50 manat maddi yardım pensiya ilə birlikdə ödənilib. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, ötən ay pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün işlər görülüb, 106-sı yaşa, 15-i sağlamlıq imkanlarının məhdudluğuna, 21-i ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 142 vətəndaşa əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşlardan 130-na ilk dəfə təyinat olub, 12-nə isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 539 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Bundan başqa,dövlət icbari şəxsi sığortası üzrə daxilolmalar diqqətdə saxlanılmış, sığortaedənlər tərəfindən 533 min 428 manat vəsait fondun hesabına köçürülüb. Dövlət icbari şəxsi sığorta ödənişini almaq üçün 12-si sağlamlıq imkanları məhdudluğa, 2-si az ağır xəsarətə görə olmaqla, 14 hərbi qulluqçuya sığorta ödənişi həyata keçirilib. Ümumilikdə 51 min 700 manat vəsait bu şəxslərin hesablarına köçürülüb.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 12 milyon 450 min 700 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 20,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 70,4 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 1 hüquqi və 276 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Eyni zamanda 304 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930