SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kollektiv Gülüstan türbəsi və “Əlincəqala” Muzeyini ziyarət ediblər

Kollektiv Gülüstan türbəsi və “Əlincəqala” Muzeyini ziyarət ediblər
25-05-2019, 20:05

Bu gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi Gülüstan türbəsi və “Əlincəqala” Muzeyini ziyarət ediblər. Kollektiv əvvəlcə Gülüstan türbəsində olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, burada kolletivə Araz çayının sol sahilində yerləşən və Əcəmi memarlıq məktəbinin təsiri ilə ucaldılan, XII əsrə aid dünya əhəmiyyətli, orijinal monumental xatirə abidəsi olan Gülüstan türbəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Republikası Ali Məclisi Sədrinin sərəncamı ilə abidə bərpa edilərək tədqiq olunub. Onun orijinallığı saxlanılaraq ikinci həyat verilib. Daha sonra kollektiv "Əlincəqala" muzeyini ziyarət edib. Muzey bələdçisi tərəfindən məlumat verilib ki, ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr sərgilənir. Həmçinin Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılan kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən Əlincəqala tarixi abidəsi bərpa edilib, burda “Əlincəqala” Tarix Mədəniyyət Muzeyi yaradılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930