SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Rəsm Qalereyası ziyarət olunub

Naxçıvan Dövlət Rəsm Qalereyası ziyarət olunub
25-05-2019, 19:11

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivlərinin muzeylərə gedişi təmin olunur.

Mayın 25-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
Qalereyanın bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, sərgidə ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri, Naxçıvanın füsunkar gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər, tarix-mədəniyyət abidələrinin rəsmləri sərgilənir. XX əsrə məxsus rəngli saplarla toxunmuş xalçalar da ekspozisiyaya gözəllik bəxş edir.
Qalereyada Azərbaycan, o cümlədən Naxçıvan rəssamları ilə yanaşı xarici ölkə rəssamlarının Naxçıvanla bağlı hədiyyə etdikləri əsərlər də yer alıb.
Həmçinin bələdçi bildirmişdir ki, yerli sakinlərlə yanaşı, Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən gələn turistlər də qalereyanı həvəslə ziyarət edirlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930