SON DƏQİQƏ

naxcivanxeberleri.com

“1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə uşaqlara tamaşa göstərilib

“1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə uşaqlara tamaşa göstərilib
25-05-2019, 18:41

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Muxtar respublikada sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarının təhsili ilə yanaşı onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, o cümlədən asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 110 uşağa asudə vaxtlarının səmərəli keçməsi üçün M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Mirmehdi Seyidzadənin “Qızıl xoruz” tamaşası nümayiş olunub. Uşaqlar tamaşadan razı qalıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930