SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub

Naxçıvanda gənclərin  Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
11-08-2022, 19:50

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin birgə tədbirlər planına uyğun olaraq muxtar respublikanın şəhər və rayonlarında Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub. Naxçıvan şəhərində keçirilən tədbirdə mayor Təbriz Zeynalov, baş leytenantlar Fərdi Cəlilov, Əli Əlisoy, Şakir Babayev, Əmrah Məmmədov, leytenant Ceyhun Davudov, Cövdət Əliyev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əyyub Sadixov iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazirliyin əməkdaşı Valeh Mahmudov, Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli və Gənclər Birliyinin sədr müavini Elvin Əliyev çıxış edərək tədbirin keçirilmə məqsədi barədə danışıblar. Qeyd olunub ki, Beynəlxalq Gənclər Gününə həsr olunan tədbirin məqsədi gənclərin 44 günlük müharibə qəhrəmanlarını yaxından tanımasına şərait yaratmaqdan ibarətdir.
Tədbir zamanı müharibə iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Hərbçilərimiz öz döyüş xatirələrini iştirakçılarla bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıblar. Onlar Vətən uğrunda döyüşməyin, ölkənin gələcək inkişafı naminə fəaliyyət göstərməyin qürurverici olduğunu vurğulayıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930