SON DƏQİQƏ

naxcivanxeberleri.com

1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə uşaqların ekskursiyası təşkil olunub

1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə uşaqların ekskursiyası təşkil olunub
25-05-2019, 17:16

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu gün muxtar respublikada uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, hüquqlarının müdafiəsi uğurla həyata keçirilir. Onların təhsili, təlim-tərbiyəsi, sağlamlıqlarının qorunması ilə yanaşı asudə vaxtlarının da səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 25 uşağın ekskursiyaları təşkil olunmuşdur.
Ekskursiya zamanı uşaqlar Heydər Əliyev Muzeyi, Naxçıvan Döyüş Şöhrəti Muzeyi, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzi, Duz Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Muzeyində olublar.
Sonra isə uşaqlara bayram hədiyyələri təqdim olunmuş və “Görüş yeri” kafesində çay süfrəsi təşkil olunmuşdur.



1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə uşaqların ekskursiyası təşkil olunub1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə uşaqların ekskursiyası təşkil olunub
1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə uşaqların ekskursiyası təşkil olunub
1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə uşaqların ekskursiyası təşkil olunub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930