SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada monitorinqlər davam etdirilir 

Muxtar respubilkada monitorinqlər davam etdirilir 
10-08-2022, 19:30

Naxçıvan Muxtar Respublikasında qadınların məşğulluqlarının təmin olunması daim diqqətdə saxlanılır. Belə ki, onların işlə təmin olunmasına köməklik olunur, həmçinin qadınlar tərəfindən ailə təsərrüfatlarının və sahibkarlıq fəaliyyətlərinin qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir. Komitə tərəfindən sərmayə kapitalından düzgün istifadə olunması üçün mütəmadi olaraq monitorinqlər keçirilir. 2022-ci il 09 avqust tarixdə “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində sərmayə kapitalı almış 4 qadının təsərrüfat sahəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər keçirilmişdir. Belə ki, verilmiş sərmayə kapitalı sayəsində damazlıq heyvandarlıq-iribuynuzlu təsərrüfatları ilə məşğul olan Babək rayon Cəhri kənd sakini Quliyeva Xəyalə Alməmməd qızı və Yarımca kənd sakini Məmmədova Tünzalə Yəhya qızı, damazlıq heyvandarlıq-xırdabuynuzlu təsərrüfatı ilə məşğul olan Zeynəddin kənd sakini Əhmədova Məhbubə Əyyub qızının və dərzilik fəaliyyət sahəsi ilə məşğul olan Sirab kənd sakini İsmayılova Aynur Nağı qızının təsərrüfat sahələrində monitorinqlər keçirilmişdir. Keçirilən monitorinq zamanı məlum olmuşdur ki, hər biri aldıqları sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək təsərrüfatlarını və sahibkarlıq fəaliyyətlərini genişləndirmişlər.

Monitorinq zamanı heç bir nöqsana rast gəlinməmişdir.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930