SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər-FOTO

Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər-FOTO
25-05-2019, 15:55

Muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, asudəv axtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.Bu kateqoriyadan olan uşaqların ziyarət olunması, onlara hədiyyələrin verilməsi dövlət tərəfindən bu uşaqlara göstərilən diqqət və qayğısının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq,1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları evlərində ziyarət edib, onların yaşayış şəraiti ilə tanış olublar. İlk öncə gənclər, Naxçıvan şəhərində yaşayan sağlamlıq imkanı məhdud istedadlı uşaq İlham Əbilovun qonağı olublar. İ.Əbilovunun hazırladığı uşaq oyuncaqları və rəsm əsərləri gənclər tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən distant tədrisə cəlb edilmiş hərəkət məhdudiyyətli Qönçə Abdullayevanı ziyarət edən gənclər, ona asudə vaxtının səmərəli təşkilində köməklik göstərib, mənəvi dəstək olublar.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosia lxidmətlərlə tanışlığı, sosialxidmətsahələrindəkönüllülük fəaliyyətiningenişlənməsinin təşviqi, uşaqlardayarana biləcəkdiskriminasiya (ayrıseçkilik) hallarının qarşısının alınması, habelə onların sosial inteqrasiyasına nail olunmasındanibarətdir.



Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər-FOTO
Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər-FOTO
Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər-FOTO
Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930