SON DƏQİQƏ

naxcivanxeberleri.com

Andiçmə mərasimləri keçirilib-FOTO

Andiçmə mərasimləri keçirilib-FOTO
9-08-2022, 09:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilib.     
Andiçmə mərasimlərində əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən tədbirdə Mülki Müdafiə Alayının komandiri mayor Şərif Əsədov, zabit İsmayıl Hənifəyev, əsgər Sultanəli Süleymanov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir. Əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan verir.
Mərasimdə çıxış edən gənc əsgər Yusif Kərimli bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkənlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.
Fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamo Abdullayevin təbrikini şəxsi heyətə çatdırıb. 
Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında keçirilən gənc əsgərlərin hərbi andiçmə mərasimi zamanı xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimində hazırlıq barədə raportlar verilib, döyüş bayrağı sıra meydanına gətirilib. 

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.

Çıxış edənlər Vətənə sədaqət andı içən əsgərlərimizin hərbi anda sadiq qalacaqlarına, intizamlı əsgərlər olacaqlarına, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə inamlarını ifadə ediblər. 
Andiçmə mərasimlərindən sonra şəxsi heyətlərin təntənəli keçidi olub. 

Xəbərlər şöbəsi

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930