SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu-07.08.2022

Günün qoroskopu-07.08.2022
7-08-2022, 00:00

Qoç- karyera sahəsində yüksəliş hiss olunacaq. Yaranmış vəziyyətin sizə faydası olacaq. Yaxşı olardı ki, problemlərinizlə başqalarını yükləməyəsiniz. Bu gün əhatənizdəkilərə çox sual verməməyə çalışın. Nə qədər çox sual versəniz, o qədər çox ümidsizliyə qapılacaqsınız. Vacib işləri, iş görüşlərini, sizin taleyinizdən asılı olan işləri təxirə salın.

Buğa- yaradıcılıq işləri ilə məşğul olanlar üçün uğurlu gündür. Bu gün və gələcək üçün planlar qurmaq olar. Ruhən yenilənmək üçün sizə yeni informasiya gərəkdir. Yaranmış vəziyyətdən istifadə edin. Rəhbərliklə aranızdakı münasibətlər gərginləşəcək. Bu səbəbdən də müdiriyyətdən aralı gəzməyiniz məsləhətdir.

Əkizlər- çalışın işdə yaranan mübahisələrdən uzaq durasınız. Bu gün evdə oturmağınız da məsləhət deyil. Boş vaxtlarınızda idmanla məşğul olun. Sizə işlə bağlı maraqlı təkliflər gələcək, amma qərar qəbul edərkən tələsməməyə çalışın. Iş həmkarlarınızla ünsiyyət zamanı söylədiklərinizə diqqət yetirin, tənqid eşitsəniz, tez inciməyin, düzgün çıxış yolu tapmağa çalışın.

Xərçəng- bu gün sevindirici gündür. Günün bir sıra hadisələri ürəyinizcə olacaq. Yaxşı olar ki, gündən səmərəli istifadə edəsiniz. Uzaq səfərlər gözlənilir. Ulduzlar səfərlərin maraqlı və xoş keçəcəyini söyləyir. Yolda romantik anlar da yaşayacağınız istisna edilmir.

Şir- bu gün qərar qəbul edərkən tələsməyin. Iş həmkərlarınızla ünsiyyət zamanı söylədiklərinizə diqqət yetirin, çünki ağzınızdan çıxan hər kəlmə sizin özünüzə qarşı istfadə oluna bilər. Bu gün istirahət üçün də vaxt ayırmağı unutmayın. Havaların isti keçməsi səhhətinizə mənfi təsir göstərəcək. Yaxşı olar ki, çətin fiziki işləri kənara qoyasınız.

Qız- günün ikinci yarısı dünyəvi məsələləri düşünmək üçün yaxşı vaxtdır. Belə ki, maraqlarınıza dair qarşılıqlı anlaşmalar olacaq. Yaxın gələcəyinizlə bağlı pozitiv qərarlar qəbul edə bilərsiniz. Çalışın prinsipiallıq və qərarlılıq nümayiş etdirəsiniz. Bürcün ailəli nümayəndələri bu gün uşaqlarının təhsili ilə bağlı məsələləri də düşünəcəklər. Romantik sərgüzəştlər də istisna deyil.ÿGərgin gün yaşamayacaqsınız.

Tərəzi- günün birinci yarısını yaxşı olardı ki, köhnə problemlərinizin həllinə ayırasınız. Sizə gələn təkliflər olduqca maraqlı, müqavilələr isə sərfəli olacaq. Bu gün xüsusilə maliyyə məsələlərində diqqətli olmağınız məsləhətdir. Günün birinci yarısında böyük məsrəflər gözlənilir. Gün “Tərəzi”lər üçün çox da asan olmayacaq, planlarınızı dəyişmək məcburiyyətində qalacaqsınız. Bu gün güclü və diqqətli olmalısınız.

Əqrəb- planlarınızın gecikməsi sizi qorxutmasın, onsuz da siz öz vaxtınızı və gücünüzü idarə etməyi bacarırsınız. Işdə səbirli olun, əhatənizdəkilərlə mübahisə etməyə çalışmayın. Sizdə özünüzə əminlik yaranacaq. Müdriyyətlə konstruktiv danışığa hazır deyilsinizsə, bu işi kənara qoyun.

Oxatan- bu gün ehtiyatlı olmağa çalışın, bu müddətdə köhnə işləri tamamlamağınız məsləhətdir. Digər tərəfdən isə yeni yaradıcılıq işləri üçün uğurlu gündür. Ehtiyac hiss etdikdə, dostlarınızın köməyindən yararlanın. Bu gün apardığınız danışıqlar əlaqələrinizi xeyli möhkəmlədəcək. Səfər və ezamiyyət uğurlu olacaq. Ailə-məişət məsələlərini düşünmək üçün də münasib gündür.

Oğlaq- bu gün kolleqalarınızla əlaqədə, ünsiyyətdə olmaq sizin xeyrinizə olacaq. Günün birinci yarısı olduqca uğurlu zaman kəsiyidir. Amma bu gün kampaniyayla yaxşıca istirahət edə bilərsiniz. Diqqətli olmağa çalışın, çünki bu zaman gizli düşməniniz aşkarlanacaq. Peşəkar sahədə siz köhnə problemlərlə üzləşə blərsiniz. Çalışın istənilən problemləri gələcək karyeranıza əsasən hesaba alasınız.

Dolça- gün sizdən bacarıqlıq tələb edəcək.Yaxşı olardı ki, vacib görüşləri və tədbirləri təxirə salasınız. Bu gün sizi təngə gətirən fikirləri və insanları özünüzdən uzaqlaşdırasınız. Hansı ki, həmin insanlar sizi istəmədiyiniz hərəkətlərə sövq edə bilər. Ciddi qərarlar qəbul etməyin.

Balıqlar- bu gün siz həyat enerjisiylə dolu olacaqsınız və yenidən yaradıcılıq eşqinə düşəcəksiniz. Bu gün və gələcək üçün planlar qurmaqdan ötrü uğurlu vaxtdır. Bu gün özünüzü ailə problemlərinin həllinə həsr edin. Belə ki, uşaqlarınıza da diqqət yetirin. Bu gün səyahətdən imtina edin. Işdə çox yüklənməkdən boyun qaçırın. Belə ki, artıq məşğuliyyət sizin həyatdan həzz almağınıza mane ola və səhhətinizə mənfi təsir göstərə blər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930