SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alma ürəyin işemik xəstəliyinə qarşı müdafiəni gücləndirir

Alma ürəyin işemik xəstəliyinə qarşı müdafiəni gücləndirir
6-08-2022, 20:05

Alma qəbulu xolesterin səviyyəsini və bununla da ürək-damar xəstəliklərini, o cümlədən ürəyin işemik xəstəliyi riskini azaltmağa kömək edir.

Ürəyin işemik xəstəliyi çox vaxt orqanları qanla təmin edən damarların divarlarında yığılan yağlı çöküntülərdən qaynaqlanır. Yüksək xolesterin olan insanlarda da ürək xəstəliyinə tutulma ehtimalı yüksəkdir.

Xolesterini azaltmaq üçün kifayət qədər lif istehlak etmək vacibdir. NAXCİVANXEBERLERİ.COM “Express”ə istinadla xəbər verir ki, alma ən yaxşı lif mənbələrindən biridir. Gündə üç almanın qəbulu xolesterinin azalması zərurətindın söhbət getdikdə faydalı ola bilər.

Ümumiyyətlə, daha çox meyvə, tərəvəz, kəpəkli taxıl bitkiləri və paxlalılar istehlak edərək lif qəbulunu artırmaq olar. Bundan başqa, yüksək xolesterin probleminin qarşısını almaq və aradan qaldırmaq üçün ümumi sağlam həyat tərzinə riayət etmək vacibdir - bu pozuntu adətən doymuş yağlı qidaların qəbulu, eləcə də qeyri-kafi fiziki fəallıq, artıq çəki və həddindən artıq alkoqol istehlakı ilə əlaqələndirilir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930