SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilib
25-05-2019, 11:12

Kənd Təsərrüfatı Nazirliyi Masallı rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-un verilən məlumata görə, rayonun Xırmandalı, Həsənli və Təzə Alvadı kəndlərində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar “ASAN xidmət” avtobusu cəlb olunub.

Nazirliyin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və "ASAN könüllü"ləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində və Masallı "ASAN xidmət" mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.

Masallıda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gündə 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.

Bu günə qədər ölkə üzrə 250 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. Onların arasında Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər üstünlük təşkil edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930