SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada valideyn himayəsindən məhrum olmuş uşaqlar diqqət mərkəzində saxlanılır

Muxtar respublikada valideyn himayəsindən məhrum olmuş uşaqlar diqqət mərkəzində saxlanılır
6-08-2022, 15:05

Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il 05 avqust tarixdə Şərur rayonu Siyaqut kənd sakini nənə - Quliyeva Qızyetər Məhəmmədəli qızının himayəsində yaşayan valideyn himayəsindən məhrum olan Atakişiyeva Məryəm Dünyanur qızı ilə görüş keçirilmişdir. Görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları tərəfindən qeyd edilib ki, dövlətimiz tərəfindən bütün kateqoriyadan olan uşaqlar kimi, valideyn himayəsindən məhrum olmuş uşaqlar da,  dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Müvafiq kateqoriyadan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, lazımi tədbirlər görülür.

Sonra  ailənin problemləri ilə maraqlanılıb, ehtiyaclarına uyğun köməklik göstərilib. Ailə üzvü, himayədar Q.Quliyeva dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi və qayğını yüksək qiymətləndirərək öz minnətdarlığını bildirib.

Müvafiq kateqoriyadan olan görüşlər Komitə tərəfindən bundan sonra da davam etdiriləcəkdir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31