SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rabitəçi-mühəndislər üçün növbəti seminar təşkil olunub

Rabitəçi-mühəndislər üçün növbəti seminar təşkil olunub
6-08-2022, 14:43

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının aparıcı texnologiya şirkətlərindən olan “Karel” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirliyin aparatının və tabeli qurumlarının mühəndislərinin biliklərinin artırılması məqsədilə seminar keçirilib.
Tədbirdə nazirliyin aparatının Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Ruhən Əsgərov qeyd edib ki, muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır. 
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, həmin şöbənin baş məsləhətçisi Azər Seyidov seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması hər zaman prioritet məsələ olub. Bu səbəbdən işçilərin müvafiq peşə istiqaməti üzrə nəzəri və praktik biliklərinin artırılması, o cümlədən ixtisaslı kadr kimi formalaşmaları istiqamətində müvafiq təlim və seminarlar keçirilir. 
Türkiyə Respublikasının rabitə elektronikası sahəsində nüfuzlu şirkətlərdən olan “Karel” şirkətinin İqdır bölgə müdiri Hasan Akot, şirkətin təcrübəli mühəndisləri Sinan Özmən və Muhammed Kalkan slaydlar vasitəsilə Karel avtomat telefon stansiyalarının iş prinsipi, Karel bulud IP çağrı mərkəzi, Karel bulud İoT həlləri və qurğuları, Karel görüntülü təhlükəsizlik sistemləri və dördüncü sənaye tətbiqləri mövzularında məlumatlar veriblər.  
Tədbirin sonunda suallar cavablandırılıb, aidiyyəti mütəxəssislərə cihazların istifadə qaydaları barədə praktik təlim keçirilib. 
Həmçinin nazirliyin aparatının aid mütəxəssislərinin iştirakı ilə Kəngərli rayonunun telekommunikasiya şəbəkəsinin istismarında olan “Karel” şirkətinin istehsalı olan elektron avtomat telefon stansiyalarına baxış olub, texniki xüsusiyyətləri haqqında əlavə məlumatlar verilib.


Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31