SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rabitəçi-mühəndislər üçün növbəti seminar təşkil olunub 

Rabitəçi-mühəndislər üçün növbəti seminar təşkil olunub 
5-08-2022, 20:30

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksəkixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair verilmiş tapşırığın icrası ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının aparıcı texnologiya şirkətlərindən olan “Karel” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində Nazirliyin Aparatının və tabeli qurumlarının mühəndislərinin biliklərinin artırılması məqsədilə seminar keçirilib.

Tədbirdə Nazirliyin Aparatının Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Ruhən Əsgərov qeyd edib ki, muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır.

Həmin şöbənin baş məsləhətçisi Azər Seyidov seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması hər zaman pioritet məsələ olub. Bu səbəbdən işçilərin müvafiq peşə istiqaməti üzrə nəzəri və praktiki biliklərinin artırılması, o cümlədən  ixtisaslı kadr kimi formalaşmaları istiqamətində müvafiq təlim və seminarlar keçirilir. Bugünki keçirilən seminar da bu qəbildəndir.

Türkiyə Respublikasının rabitə elektronikası sahəsində nüfuzlu şirkətlərindən olan “Karel” şirkətinin Iğdır bölgə müdiri Hasan Akot, şirkətin təcrübəli mühəndisləri Sinan Özmen və Muhammed Kalkan slaydlar vasitəsilə Karel Avtomat Telefon Stansiyalarının iş prinsipi, Karel bulud IP çağrı mərkəzi,  Karel bulud İoT həlləri və qurğuları, Karel görüntülü təhlükəsizlik sistemləri və dördüncü sənaye tətbiqləri mövzularında məlumatlar veriblər. Vurğulanıb ki, “Karel” şirkətinin istehsalı olan DS200 elektron tipli avtomat telefon stansiyaları IP, analoq və rəqəmsal xətləri dəstəkləyə bilən hibrid telefon stansiyalarıdır. Yüksək keyfiyyətli görüntü, səs və məlumatı eyni vaxtda ötürə bilən  elektron avtomat telefon stansiyaları başlanğıc vaxtını təyin etməklə istənilən yerdən məlumatların asan ehtiyat nüsxəsini çıxarmağı təmin edir, o cümlədən  siqnalları vizual və səsli şəkildə müəyyən edərək, sistem administratoruna elektron poçt və ya SMS vasitəsilə məlumat verir. Həmçinin, telekommunikasiya sahəsi üçün müxtəlif tutumlarda naqilli və naqilsiz rabitə sistemləri, terminal avadanlıqları, təhlükəsizlik kameraları, termal kamera sistemləri, video konfrans və monitorinq həlləri və onların bulud tətbiqlərindən də bəhs edilib. Qeyd edilib ki, yeni nəsil texnologiyalardan istifadə etməklə notebook, ağıllı telefon, planşet kimi müxtəlif cihazlara qoşularaq video zənglər, görüşlər və təqdimatlar etmək, çağrı mərkəzi həlləri vasitəsilə isə müəssisədə aparat və ya proqram təminatına ehtiyac olmadan telefon stansiyası və ya zəng mərkəzi ehtiyaclarını internet üzərindən yerinə yetirmək mümkündür. Həmçinin, seminar iştirakçıları yaxın gələcəkdə böyük əhəmiyyət kəsb edəcək 5G əsas şəbəkə proqramı, əşyaların interneti, rəqəmsallaşma haqqında da məlumatlandırılıb.

Tədbirin sonunda suallar cavablandırılıb, aidiyyəti mütəxəssislərə cihazların istifadə qaydaları barədə praktiki təlim  keçirilib.

Həmçinin, Nazirliyin Aparatının aid mütəxəssisilərinin iştirakı ilə Kəngərli rayonunun telekommunikasiya şəbəkəsinin istismarında olan “Karel” şirkətinin istehsalı olan elektron avtomat telefon stansiyalarına baxış keçirilib, şirətin mühəndisləri tərəfindən avadanlıqların texniki parametrləri barədə əlavə məlumatlar verilib.

Keçirilən bu seminarlar rabitəçi-mühəndislərin ixtisaslı kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına geniş şərait yaradacaqdır.

 

Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031