SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda yaşıllıq sahələri artırılır

Naxçıvanda yaşıllıq sahələri artırılır
25-05-2019, 09:00

Naxçıvanda yaşıllıq sahələri artırılır. Hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində faydalı hesab edilən Darıdağ arsenli su
yundan səmərəli istifadə olunması məqsədilə 1978-ci ildə burada Darıdağ Arsenli Su Müalicəxanası tikilib, 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurulub. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin tapşırığı əsasında müalicə turizminin inkişaf etdirilməsi üçün Culfa rayonunda
Darıdağ arsenli su müalicə və isti- rahət kompleksinin yaradılması sahəsində müvafiq tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,yeni yaradılacaq müalicə-istira hət kompleksi ətrafında sağlamlığın, estetik gözəlliyin təmin edilməsi və əlverişli ekoloji mühitin yaradılması üçün yaşıllaşdırma tədbirlərinə də xüsusi önəm verilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa Rayon İcra Hakimiyyəti ilə birgə hazırladığı tədbirlər planına uyğun olaraq Darıdağ Arsenli Su Müalicəxanası ətrafındakı 7 hektar ərazidə toxumla əkin işləri aparılıb. Həmin əraziyə xas olan 50 kiloqram badamça, həmərsin, yemişan toxumları əkilib. Bu tədbirdə nazirliyin xüsusi mühafizə statuslu idarələrinin əməkdaşları və rayon ictimaiyyətinin könüllüləri iştirak ediblər. Kompleks ətrafındakı ərazilərdə iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq toxumla əkin işləri müntəzəm şəkildə aparılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031