SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda ilk dəfə banan yetişdirilib - VİDEO

Azərbaycanda ilk dəfə banan yetişdirilib - VİDEO
24-05-2019, 21:16

Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.

"Report"un Mil-Muğan bürosu xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.

Təsərrüfat sahibi "Report"un yerli bürosuna bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: "Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam. Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım. Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər".

Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30