SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib

Culfa rayonunda “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib
24-05-2019, 19:57

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Culfa rayon Mədəniyyət Sarayında tədbir keçirilmişdir.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Səfərova çıxış edərək qeyd edib ki, uşaqlara qayğı göstərmək, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrini, milli-mənəvi dəyərlərimizə sadiq bir şəxsiyyət kimi formalaşmalarını təmin etmək muxtar respublikada da qarşıya qoyulan əsas məqsədlərdəndir. Muxtar respublikanın bütün rayonlarında, o cümlədən Culfa rayonunda uşaqlar yüksək qayğı ilə əhatə olunur, yeni tikilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır, asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində səmərəli keçirirlər.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aytən Məmmədova da çıxış edərək bildirmişdir ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur. Həyata keçirilən bu tədbirlər vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin yaradılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəldilmişdir.
Çıxışların yekununda isə uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara sağlam və firavan həyat arzulamışlar.
Sonra 2017-2018-ci tədris ilində Culfa rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 13 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində Culfa rayon Körpələr Evi-Uşaq Baxçasının balaca fidanlarının və Culfa şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31