SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab müzakirəsi keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab müzakirəsi  keçirilib
24-05-2019, 19:16

Naxçıvan Müəllimlər institutunda “Dəyirmi masa”da növbəti kitab müzakirəsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbir oxunması zəruri olan kitablar siyahısına daxil edilmiş “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsinə həsr olunub.

Kitab müzakirəsini giriş sözü ilə açan institutun prorektoru, dosent Azad Novruzov qeyd edib ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.
Naxçıvan Müəllimlər İnstitutunun baş kitabxanaçısı Afət Həsənova “Nizaminin hikmət dunyası” mövzusunda çıxış edərək qeyd edib ki, bu kitab Nizaminin əsərlərindən seçilmiş müdrik və ibrətamiz nəsihətlər toplusudur. Dahi Nizaminin ölməz əsərləri həmişə aktualdır, bəşəridir və müasirdir.
İnstitutun baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyeva “Nizami Gəncəvi təlim-tərbiyə haqqında” mövzusunda, İbtidai sinif müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Ruqiyyə Qasımova “Nizami kəlamlarından süzülən hikmətlər” mövzusunda çıxış ediblər.
Tələbələr müzakirələrdə fəal iştirak etdiblər.
Sonda Nizami Gəncəvinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930