SON DƏQİQƏ

10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"

10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"

10:24 - Prezident: "Bu görüş Rumıniyanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərə verdiyi əhəmiyyəti nümayiş etdirir"

10:21 - İlham Əliyev: "Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk"

10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO

10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-FOTO,CANLI

10:00 - Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO

09:52 - Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus üç avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb

09:44 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2023)

09:32 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2023)

09:21 - Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb-FOTO

09:12 - Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir

09:00 - Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO

00:00 - Günün qoroskopu - 03.02.2023

23:42 - Ermənistan AES-in keçmiş baş direktoru bir milyon dollardan çox pulu mənimsəməkdə ittiham olunur

naxcivanxeberleri.com

Muxtar respubilkada monitorinqlər davam etdirilir  

Muxtar respubilkada monitorinqlər davam etdirilir  
29-07-2022, 19:52

Naxçıvan Muxtar Respublikasında qadınların məşğulluqlarının təmin olunması daim diqqətdə saxlanılır. Belə ki, onların işlə təmin olunmasına köməklik olunur, həmçinin qadınlar tərəfindən ailə təsərrüfatlarının və sahibkarlıq fəaliyyətlərinin qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir.

Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir. Komitə tərəfindən sərmayə kapitalından düzgün istifadə olunması üçün mütəmadi olaraq monitorinqlər keçirilir. 2022-ci il 29 iyul tarixdə “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi”, həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında Covid-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış 5 qadının iş yeri və təsərrüfat sahəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər keçirilmişdir. Belə ki, verilmiş sərmayə kapitalı sayəsində damazlıq heyvandarlıq-iribuynuzlu təsərrüfatları ilə məşğul olan-Şərur rayon Ərəbyengicə kənd sakini Həsənova Kutayis İsa qızı və Cəlilkənd kənd sakini Mahmudova Sevil Əlövsət qızı, damazlıq heyvandarlıq-xırdabuynuzlu təsərrüfatı ilə məşğul olan Çərçiboğan kənd sakini Süleymanova Təranə Mahir qızı, əkinçilik fəaliyyəti ilə məşğul olan Yengicə kənd sakini Seyidova Validə Bəhman qızının təsərrüfat sahələrində və dərzilik fəaliyyət sahəsi ilə məşğul olan Qışlaqabbas kənd sakini Vəliyeva Nabat Aydın qızının dərzi sexində monitorinqlər keçirilmişdir. Keçirilən monitorinq zamanı məlum olmuşdur ki, hər biri aldıqları sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək təsərrüfatlarını və sahibkarlıq fəaliyyətlərini genişləndirmişlər.

Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728