SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əğər uşağınızda yuxu problemi varsa...

Əğər uşağınızda yuxu problemi varsa...
24-05-2019, 11:30

Körpə uşaqlar ilk çətinlik yatır, gecə ilə gündüzün yerini dəyişik salırlar.

Bəzən elə olur ki, gecələr uşaqlar tez-tez oyanaraq yenidən yuxuya getməkdə çətinlik çəkirlər.

- Yataq otağında hava sərin olmalıdır. Yataq otağı üçün ən münasib temperatur 18-20°С (amma 24-dən yuxarı olmamalı). Yatmazdan əvvəl otağın havasını dəyişin. Havada nə qədər çox oksigen olarsa, yuxunun dərin fazası bir o qədər uzun olur. Buna görə də, uşaqlar küçəyə çıxdıqda daha çox yatırlar. Yeri gəlmişkən ən yaxşı fikir yatmazdan əvvəl uşaqla gəzintiyə çıxmaqdır. Təmiz hava uşaqlara daha davamlı yatmağa və immunitetlərinin gücləndirməsinə köməklik edir. Digər tərəfdən, kolyaska ilə gəzinti ananın arıqlamasına da köməklik göstərər. Təmiz havada oxumaq və ya toxuma fəaliyyəti sinir sistemini sakitləşdirər.

- Yenidoğulmuş körpələr jaluz və pərdələr örtüldüyü otaqlarda daha davamlı yatırlar. Alatoranlıq uzunmüddətli yuxu üçün məqsədəuyğundur. Əgər uşağınız qaranlıqdan qorxarsa (bu ümumiyyətlə az rast gəlinir), koridorda işığı yanılı qoya bilərsiz və ya gecə lampası ala bilərsiz.

- Tox uşaq daha davamlı və uzun yatır, ona görə də gündüz və axşam yuxusundan əvvəl uşaqlarınızı yedizdirin.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031