SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bölgəmizdə sağlam ekoloji mühitin yaradılması diqqət mərkəzindədir

Bölgəmizdə sağlam ekoloji mühitin yaradılması diqqət  mərkəzindədir
10-07-2022, 21:26

“Təbii sərvətlərə qayğı ilə ya- naşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”, – deyən ulu öndərimiz Heydər Əliyev həmişə bütün dövlətləri mövcud qlobal təbiət hadisələrinə və onun fəsadlarına qarşı mübarizəyə səsləmişdir.

Aşağıdakı kəlam isə ulu öndərin işini və əməllərini yaşadan və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur: “Biz iqtisadi cəhətdən möhkəmlənirik. Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəkdir, faktdır və gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz böyük diqqət yetirməliyik”.

Bunlar onu deməyə əsas verir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı onun vətəndaşlarının sağlam ekoloji mühitdə yaşamasına şərait yaradır və daim dövlətimizin diqqət mərkəzindədir. Son illər planetimizdə baş verən təbii-iqlim dəyişiklikləri, o cümlədən yazda iqlim şəraitinin aşağı düşməsi, yayın quru və isti keçməsi, atmosferin qaz tərkibinin pozulması, turş tərkibli yağışların yağması, ozon təbəqəsinin nazikləşməsi dünyada canlı və cansız təbii aləm arasında olan balansı nəzərə çarpacaq və hər kəsi narahat edəcək dərəcədə pozmuşdur. Təbiətdə maddələr mübadiləsinin pozulması, meşələrin kütləvi şəkildə qırılması, torpaqların təbii münbitliyinin azalması və eroziyanın güclənməsi, səhralaşma prosesinin genişlənməsi, torpaq sürüşmələri və sair proseslər də təbii fəlakətlərə yol açır.

Azərbaycan Respublikasının digər yerlərində olduğu kimi, muxtar respublikamızda da keçmiş dövrlərdən yığılıb qalmış ekoloji problemlər keçən əsrin 70-ci illərinə qədər təbii mühitin və onun əsas komponentlərinin dəyişilməsi, havanın, suyun, torpağın və digər sahələrin ekoloji cəhətdən çirklənməsi ilə nəticələnmişdi. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə apardığı ardıcıl ekoloji tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ayrıca qanunvericilik bazası yaradıldı, bir sıra qanun və qərarlar qəbul edildi. Beləliklə, aparılan islahatlar nəticəsində Azərbaycanda, o cümlədən muxtar respublikamızda, sözün həqiqi mə- nasında, təbiətin qorunmasına, inkişafına, ekoloji saflığına və bu sahədə elmi kadrların hazırlanmasına, dövlət qoruqları və yasaqlıqların yaradılmasına, eyni zamanda, respublika ərazisində mövcud olan meşəliklərin daha da artırılmasına nail olundu. Təəssüf ki,səksəninci illərin sonu doxsanıncı illərin əvvəllərindəki məlum hadisələr zamanı yaranan çətinliklər nəticəsində onilliklər boyu ərsəyə gətirilən yaşıllıq və meşə zolaqlarının çoxu məcburiyyət qarşısında məhv edildi, hətta həyətlərdəki köklü meyvə ağacları belə kəsilib yandırıldı. Ümummilli liderimiz muxtar respublika Ali Məclisinin Sədri işlədiyi dövrdə yaşıllıqların elliklə bərpa edilməsi təşəbbüsü ilə çıxış etdi və həmin illərdən başlanan yaşıllaşdırma aylıqları bu gün də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, artıq nəinki məhv edilmiş yaşıllıq zolaqları bərpa olundu, hətta əlavə olaraq min hektarlarla yeni meşəliklər, meyvə bağları salındı.

Aparılan tədbirlər nəticəsində muxtar respublikamızda mövcud yaşıllıqlar ümumi ərazinin 20 faizdən çoxunu təşkil edir. Azərbaycanın bu qədim diyarı günü-gündən çiçəklənir və özünün “qızıl əsrini” yaşayır, digər sahələrlə yanaşı, ekoloji mühitin daha da yax- şılaşdırılması istiqamətində planlı tədbirlər davam etdirilir. Nəzərdə tutulan məsələlərlə bağlı muxtar respublika rəhbərinin göstərişi ilə müxtəlif tədbirlər görülmüş və gö- rülməkdədir. Belə ki, 2009-cu ilədək muxtar respublikada cəmi bir Milli park və 2 yasaqlıq fəaliyyət göstərirdi ki, bunlar da ümumi ərazinin 9,74 faizini təşkil edirdi. Ali Məclis Sədrinin 22 iyun 2009-cu il tarixli Fər- manı ilə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır və bu ya- saqlığa Şərur, Kəngərli, Babək, Şahbuz rayonlarının inzibati ərazisində olan 68 min 911,18 hektar sahə daxil edilmişdir. Azərbaycan Respublikasının Pre- zidenti cənab İlham Əliyevin 25 noyabr 2009-cu il tarixli Sərəncamı ilə akademik Həsən Əliyev adına Ordubad Milli Parkı (ərazisi 12 min 131 hektar), Şahbuz Dövlət Təbiət Qoruğu (ərazisi 3 min 139 hektar), Culfa və Ordubad rayonlarının ərazisində olan Dövlət Meşə Fondu (ərazisi 396,4 hektar), Şahbuz, Culfa, Ordubad rayonlarının ərazisində yerləşən yay otlaqları hesabına genişlənərək ümumi ərazisi 42 min 797,4 hektar olan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradılmışdır. Beləliklə, muxtar respublikamızda olan qoruq və yasaq- lıqlar artıq ümumi ərazinin 27 faizini təşkil edir ki, bu da Qafqaz ekoregionunda mövcud olan göstəricilərdən xeyli üstündür.

Bununla yanaşı, mövcud olan flora və faunanın qorunub-saxlanması üçün muxtar respublikanının “Qırmızı kitab”ı tərtib edilmişdir. Meliorasiya sahəsində də kompleks tədbirlər aparılır, mövcud sututarların fəaliyyəti yaxşılaşdırılır, yeni nasos stansiyaları tikilib istismara verilir. Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi, Arpaçay Su Qovşağının əsaslı şəkildə yenidən qurulması, torpaqların eroziyasının və şoranlaşmasının qarşısının alınması məqsədilə Arazboyu və Arpaçay sahillərində sahilbərkidici bəndlərin tikilməsi ekoloji mühitin qorunması sahəsində mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə yanaşı, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması diqqətdə saxlanılır. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq yeni bağlar salınır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsu- siyyətləri nəzərə alınaraq sudan səmərəli istifadə edilərək damcı yolu ilə suvarma sistemləri qurulur. Naxçıvan – Sədərək, Naxçıvan – Şahbuz, Naxçıvan – Ordubad avtomagistralları boyu meşə zolaqlarının salınması da ekoloji təhlükəsizliyin təmin olunması baxımından təqdirəlayiqdir. Həmçinin, sənaye müəssisələrindən atılan çirkli qazların atmosferə təmizlənərək buraxılması, torpaqların ekoloji münbitlik pasportlarının tərtibi və digər mühüm əhəmiyyətli işlərin görülməsi də muxtar respublikanın ekoloji konsepsiyasına əsaslanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır. Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekolojisiyasətin əsasistiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”.

Qeyd edilənlərdən göründüyü kimi, ekoloji tarazlığın təmin olunması, bugünkü və gələcək nəsillərin sağlam böyüməsi üçün dövlətimiz daim çalışır. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bundan sonra da çalışmalıyıq ki, ətraf mühitin çirklənməsində seyrçi qalmayaq. Yaşıllaşdırma, təmizlik və abadlıq aylıqlarına fəal qoşularaq, yaşayış məntəqələrini daha da gözəlləşdirək.

Vaqif CABBAROV

Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031