SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda sahibkarlarla görüş keçirilib

Culfa rayonunda  sahibkarlarla görüş keçirilib
23-05-2019, 15:30

Culfa Rayon Əbrəqunus kəndində sahibkarlar və kənd sakinlərinin iştirakı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarına edilmiş əlavə və dəyişikliklər mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədov keçirilən yığıncağın əhəmiyyətindən danışıb.

Culfa Rayon Vergilər Şöbəsinin rəisi Qurban Hacıyev bildirib ki, Vergi qanunvericiliyində baş verən dəyişikliklərin əsas nəticəsi əhalinin vergi yükünün azaldılmasından ibarətdir. Ümumilikdə, Vergi Məcəlləsinə 240-dan çox dəyişiklik edilib. Bu dəyişikliklər beş istiqamətdə özünü birləşdirir - sahibkarlığa dəstək, iqtisadiyyatın şəffaflığının təmin edilməsi, vergi tutma bazasının genişləndirilməsi, vergi nəzarətinin mükəmməlləşdirilməsi, sahibkarlar üçün güzəşt və azadolmaların effektliyinin artırılması.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Zahid Qənbərov qeyd edibdir ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə mühüm dəyişikliklər edilib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir. Nazirliyin fəaliyyətinin bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Muxtar respublikada sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılmışdır.
Culfa Rayon Vergilər Şöbəsinin əməkdaşı Nadir Əsgərov nəzərə çatdırıbdır ki, torpaq mülkiyyətçiləri dedikdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatlarından başqa) sosial sığorta edən məcburi dövlət sosial sığorta haqqı ödəyiciləridir.
Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanlarına müraciət edir.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Culfa rayonunda  sahibkarlarla görüş keçirilib
Culfa rayonunda  sahibkarlarla görüş keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930