00:05 - Günün qoroskopu-12.08.2022
23:30 - Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
22:23 - Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
21:26 - Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
20:41 - Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
19:50 - Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
19:09 - Avropada təbii qazın qiyməti artıb
18:48 - Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
18:30 - Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb
17:41 - DSX-nin yeni xüsusi təyinatlıları and içib
17:05 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:00 - Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
16:44 - Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
16:28 - Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
16:09 - Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb
Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
Naxçıvan Muxtar Respublikası ərazisində yetişən Naxçıvan göycəsi çox qiymətli, iqtisadi baxımdan isə çox səmərəli meyvədir. Әhali tərəfindən çox sevilən bu meyvə sortu ancaq müxtəlif calaq üsulları ilə çoxaldılır. Naxçıvan göycəsi sortu vegetativ çoxaldılmda müxtəlif çəyirdəkli meyvə ağaclarına calaq edilməklə artırıldığına görə modifikasiya dəyişkənliyinə uğrayaraq calaqaltı ağacın fizioloji təsirinə məruz qaldığından toplanılan məhsullar da müxtəlif əmtəə görünüşü nə, dad və keyfiyyət göstəricilərinə malik olurlar.
Ayrı-ayrı qiymətli meyvə sortlarının artırılmasında digər vegetativ çoxaldılma üsulları ilə yanaşı, ağac üzərində yaşıl zoğların kökləndirilməsindən də istifadə olunur. Meyvə ağaclarında yaşıl zoğların kökləndirilməsi hə min sortun öz kökü üzərində bitən yeni tinglə rin alınmasına imkan verir. Meyvə ağaclarıda yaşıl zoğların kökləndirilməsi üsulundan Naxçıvan göycəsi sortunun çoxaldılması zamanı da istifadə olunur. Məlum olduğu kimi, bir çox meyvə sortları, o cümlədən Naxçıvan göycəsi də əsasən müxtəlif calaq üsulları ilə çoxaldılır.
Çoxaldılmada calaqaltı kimi badam, cır alça, ərik, almaxara və başqa tinglərdən istifadə olunur. Tədqiqatçılar sübut ediblər ki, calaqaltı bitki calaqüstü sortun meyvələrinin fizioloji tərkibinə müəyyən qədər təsir edir. Әrik, cır alça, badam, almaxara tinglərinə Naxçıvan göycəsi sortu calaq edildikdə alınan məhsullardakı fizioloji fərqlənmələrin meydana çıxması bunu sübut edir. Məsələn, badam ağacına calaq edilən Naxçıvan göycəsi sortunun meyvələri almaxara ağacına vurulan calaqdan toplanılan meyvələrdən nisbətən iri və şirin olur. Demə li, calaqaltı ağacın torpaqdan qəbul etdiyi su və həll olmuş minerallar, müxtəlif kimyəvi maddələr calaqüstü sortun fizioloji quruluşuna təsirsiz ötüşmür. Ona görə də ayrı-ayrı qiymətli və nadir meyvə sortlarının yaşıl zoğlarının ağaclar üzərində kökləndirilməsi praktiki baxımdan çox əhəmiyyətlidir. Belə vegetativ çoxaldılma üsulu ilə meyvə sortlarını heç bir genetik və fizioloji dəyişikliyə uğramadan çoxaltmaq mümkündür. Bu üsulla çoxaldılmış ayrıayrı meyvə sortları sonradan kök pöhrə ləri vasitəsilə də artırıla bilər. Naxçıvan göycəsində yaşıl zoğların kökləndirilməsi işi əsasən iyun ayının axırı iyul ayının birinci yarısında aparılır. Calaq üzərində çoxaldılan Naxçıvan göycəsi sortunun əsas gövdəyə yaxın hissəsində yerləşən və yeni inkişaf edən yaşıl zoğun üzərindəki qabıq 0,51 santimetr enində halqa şəklində kə silərək götürülür. Həmin yaşıl zoğun üzərinə münasib diametrə malik olan eninə yarılmış və ağız hissəsi kəsilmiş plastik butulka yerləş dirilir.
Daha sonra butulkanın içərisi ehtiyatla nəm münbit torpaqla doldurulur. Butulkanın aşağı hissəsi artıq su süzülsün deyə azacıq kəsilir. Torpaqla doldurulmuş butulkaya ağız hissədən su əlavə edilir. Bu cür sulama hər həftə davam etdirilir. Butulkaya doldurulmuş torpağın tez qurumaması üçün üzəri tünd rəngli parça ilə örtülür. Payızda kökləndirilmiş zoğ ağacdan kə silərək götürülür və torpağa əkilir. Bu üsulla həm Naxçıvan göycəsindən, həm də hər bir meyvə və giləmeyvə sortundan kökləndirilmiş əkin materialı almaq mümkündür.
Varis QULİYEV
Aqrar elmlər doktoru, dosent