SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb

Naxçıvan şәhәrindә vә onun kәndlәrindә  taxıl biçininә başlanılıb
3-07-2022, 16:41

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaqla tə­ min etmək, daxili tələbatın ödənilməsində idxaldan asılılığı azaltmaq və sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə 17 sentyabr 2008­ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2008-­2015­ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” bu sahədə ciddi irəliləyişlərə səbəb oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2021­-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2021­ 2025­-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaş­ dırılmasına dair Dövlət Proqramı” da bu istiqamətdə atılan addımların davamıdır. Muxtar respublikamızın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan bu dövlət proqramları təsərrüfat sahiblərinə dövlət qayğı­ sının ifadəsi olmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalına da marağı artırmışdır. Naxçıvan şəhərində və onun kəndlərində yaşayan torpaq mülkiyyətçiləri də bu proqramlardan irəli gələn vəzifələrin həll edilməsində, daxili bazarın yerli istehsala olan tələbatının ödənilməsində fəallıq göstərirlər. Bu il Naxçıvan şəhərində, ümumilikdə, 992 hektarda, o cümlədən 664 hektar buğda, 328 hektar arpa sahəsində biçin işləri aparılacaq.

Sahə­ lərdə becərmə tədbirləri aqrotexniki tələblərə uy­ ğun və ardıcıllıqla aparılmışdır. Bunun nəticə­ si olaraq zəmilərdə bol məhsul yetişdirilmişdir. Hər il olduğu kimi, bu il də Naxçıvan şəhərindəki sahələrdən bol taxıl məhsulunun götürülə­ cəyi gözlənilir. İndi qarşıdakı hədəf yetişdirilmiş məhsulun vaxtında və itkisiz toplanmasından ibarətdir. Artıq iyun ayının 23-­dən etibarən Naxçı­ van şəhərində və onun kəndlərində taxıl biçininə başlanılmışdır. Naxçıvan şəhərində bu məqsədlə qabaqcadan genişmiqyaslı hazırlıq işlə­ ri görülmüş, fiziki və hüquqi şəxslərdə olan kombaynlar, taxıldaşıyan maşın və qoşqulu traktorlar, kipvuran aqreqatlar biçinə cəlb edilmişdir. Məlumat üçün onu da bildirək ki, 1 iyul tarixə Naxçıvan şəhəri üzrə 570 hektar ərazidə taxıl biçini aparılmışdır.

Tural TAPDIQLI

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031