SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir

Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
3-07-2022, 20:09

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın hər ötən il daha da inkişaf etməsi, mühüm infrastruktur layihə­ lərin uğurla həyata keçirilməsi qədim diyarımızda tikinti, quruculuq və abadlıq işlərinin əhatə dairəsini də xeyli genişləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019­ 2023­cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq muxtar respublikamızda bir­birindən əhə­ miyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir, şəhər və kəndlər müasir görkəm alır. Bu da ondan irəli gə­lir ki, dövlətimiz quruculuq tədbirlərinə böyük diqqət yetirir, bunun üçün lazımi qədər vəsait ayırır. Muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərindən Naxçıvan şəhərinə də böyük pay düşür.

Hər il şəhərimizdə müasir memarlıq üslubunda yeni binalar ucaldılır, köhnə binalar əsaslı şəkildə təmir olunur, yol infrastrukturu müasir formaya salınır, istirahət məkanları tikilərək insanların istifadəsinə verilir. Cari ildə muxtar respublikamı­ zın bütün bölgələrində olduğu kimi, Naxçıvan şəhərində də quruculuq işləri öz əvvəlki ritmi ilə davam edir, günü­ gündən müasirləşən şəhərin hüsnünə yeni gözəlliklər əlavə olunur. Tikinti­quruculuq işlərinə hərtərəfli dövlət qayğısının göstərilməsi Naxçıvan şəhərində inşa olunan ayrı­ayrı obyektlərdə işin sürət və keyfiyyətini də artırır. Bunu Naxçı­ van şəhərində inşa olunan yeni uşaq bağçasının timsalında da aydın görmək mümkündür.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 8 nömrəli bu məktəbəqədər təhsil müəssisəsində qəbul otağı, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, dərzi otağı, əşya, ərzaq və soyuducu anbarları mövcuddur. Bağçada azyaşlı uşaqlar üçün musiqi və oyun zalları, tibb otağı da var. Yeni bağçada hər birində 15 uşaq olmaqla, 2 körpəyaş­ lı və hər birində 20 uşaq olmaqla, 9 bağçayaşlı qrup fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsində 11 qrupda, ümumilikdə, 210 uşaq təlim və tərbiyəyə cəlb olunacaq. Yeni bağça binasında balacaların rahatlığı üçün hər bir detal nəzərə alınıb. Otaqlar yaxın günlərdə zəruri avadanlıq və əyani vəsaitlərlə, həmçinin müasir mebel dəstləri ilə təchiz ediləcək. Bir sözlə, son tamamlama işləri aparılan yeni bağçada uşaqların həm normal təlim­tərbiyəsi, həm də istirahət və əyləncəsi üçün lazımi şərait yaradılacaq.

* * * Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində inşa olunan obyektlərdən biri də şəhərimizin Həsən Әliyev küçəsində tikintisi davam etdirilən Adil Babayev adına Uşaq Kitabxanasıdır. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan kitabxana binasının zirzəmi hissəsində qarderob, iclas zalı, bufet, elektrik otağı, qazanxana, anbar və rəssam otağı, birinci mərtəbəsində zal və işçi otaqları, ikinci mərtəbəsində 1­ 4 və 5­ 11-­ci siniflər üçün abonement fondu, kitabxanaçı ota­ ğı, üçüncü mərtəbəsində isə fond və işçi otaqları nəzərdə tutulub. Qeyd edək ki, kitabxana milli memarlıq üslubunda inşa olunub. Binanın qapı­pəncərələri salınıb, suvaq və boyaq işləri yekunlaşıb. Hazırda binanın həyətində abadlıq işləri görülür, işıqlandırma sistemi qurulur.

* * * Muxtar respublikamızda sosialyönümlü layihələrin icrası uğurla davam etdirilir. Naxçıvan şəhərində inşa olunan “Dost” Mərkəzi belə uğurlu layihələrin davamıdır. 4 mərtəbədən ibarət olacaq mərkəzin binasında inşaat işləri sü­ rətlə aparılır. Mərkəzdə pensiyaçılar və sosial qayğıya ehtiyacı olan şəxslər üçün çağırış mərkəzi, inzibati dəstək şö­ bəsi, həkim otağı, notariat xidməti, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi­satış salonu və emalatxana, sosial­psixoloji xidmət və sosial təminat sektoru ilə bağlı digər şöbələr fəaliyyət göstərəcək. Mərkəz muxtar respublika əhalisinə dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi vasitəsilə rahat çıxış imkanını təmin edəcək. Məlumat üçün onu da bildirək ki, ərazidə inşası davam etdirilən “ASAN xidmət” və “Dost” mərkəzləri üçün mərkəzləşdirilmiş yeni qapalı tipli 10 kilovoltluq transformator yarımstansiyası da tikilir.

Aydan YUNİSQIZI

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031