SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu-03.07.2022

Günün qoroskopu-03.07.2022
3-07-2022, 00:00

Qoç-enerjinizi boş söhbətlərə tükətməyin. Yaxşı olar ki, mühüm işləri icra edəsiniz. Şəxsi münasibətlərdə inkişaf gözlənilir.

Buğa-mübahisə, münaqişə yaradacaq olaylardan uzaq durun. Qayda-qanuna riayət etsəniz çətinliyə də düşməzsiniz. Yaxınlardan yardım istəmək olar.

Əkizlər-cari məsələləri həll edin. Çalışın ki, bu gün kimsənin xətrinə dəyməyəsiniz. Problemlərinizi yaxınların üstünə atmayın. Düşdüyünüz durumdan çıxış yolu tapın.

Xərçəng-işdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Işgüzar və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Bu gün qəti qərarlar verməyə tələsməyin.

Şir-bu gün faydalı işlər görəcəyiniz istisna deyil. Gözlənilməz qonağın gəlişinə hazır olun. Problemlərin həlli baxımından da əlverişli və məhsuldar gündür.

Qız-böyük ümidlər bəslədiyiniz planların reallaşdırılmasını bu günlük təxirə salın. Ünsiyyət dairənizi genişləndirin. Gələcəklə bağlı planlarınızda dəyişikliklər etməyiniz tövsiyə olunur.

Tərəzi-yenilikləri dəyərləndirin. Öz işinizlə məşğul olun. Bu gün keçiriləcək görüşlər və danışıqlar uğursuz ola bilər. Mühüm saydığınız işlər diqqət tələb edəcək.

Əqrəb-bu gün yarımçıq qalan işi başa vurun. Münasibətlərinizi qaydaya salmağı da unutmayın, bəzi əlaqələrinizi genişləndirməyiniz məsləhətdir.

Oxatan-eşidəcəyiniz xəbər sizi həyəcanlandıracaq. Bu gün böyük məbləğli pul xərcləməyin və yaxud borc götürməyin. Ideyalarınızı reallaşdırmaq baxımından əlverişli gündür.

Oğlaq-tənha qalmaq istəmirsinizsə, maraqlı insanların arasında olmağa çalışın. Maraqlı və ya sərfəli məqamlardan yararlanın. Yeni planlar qurmaq üçün əlverişli zamandır.

Dolça-tələsik qərarlar qəbul etməyin. Mühüm işlərinizi günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında bu işlərin bəziləri baş tutmaya bilər. Səhhətinizə fikir verin. Qida rasionunuza diqqət yetirin.

Balıqlar-bu gün hər işinizi planlı görün. Axşam saatlarını dostlarla keçirmək olar. Romantik münasibətlərdə tələsməyin, hadisələrin inkişafına müdaxilə etməyin.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031