SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tut bəkməzinin faydalı xüsusiyyətləri

Tut bəkməzinin faydalı xüsusiyyətləri
2-07-2022, 13:32

Tut bəkməzinin faydası və tərkibinin bir çox qiymətli komponentlərlə zəngin olduğu məlumdur. Təkcə bir faktı göstərmək kifayətdir ki, onun tərkibində olan dəmirin miqdarı balda olduğundan səkkiz dəfə çoxdur.

NAXCİVANXEBERLERİ.COM həkim və mütəxəssislərə istinadla xəbər verir ki, qan azlığı, mineral çatışmazlığı və saç tökülməsi zamanı doşabdan istifadə etmək daha səmərəli nəticələr verir.

Bəkməz mineral qaynağıdır. Bənizi solmuş, qan azlığı olanların gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı bəkməz içməsi məsləhətdir. Bir xörək qaşığı tut bəkməzini içmək bir stəkan tut yeməyə bərabərdir. Onu da qeyd etmək lazımdır ki, tutu meyvə halında yemək daha faydalıdır, çünki bişəndə onun tərkibində olan bəzi vitaminlər parçalanır.

Tut doşabı çox istifadə olunur və bəkməzlərin şahı hesab edilir. O, ana südünün artırılmasında, böyrək və sidik yollarında yaranan həm daş, həm də iltihabi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Bundan əlavə bəkməz əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağırsaq yaraları, eləcə də ağciyər problemləri zamanı çox faydalı təsir göstərir. Bəkməzi həm su ilə qarışdıraraq, həm də gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı içmək olar. Acqarına 100 qram doşab içmək də zərərli deyil.

Bəzi xüsusiyyətlərinə görə bəkməz meyvələrdən üstündür. Misal üçün, tut cəmi 15-20 gün yeyilir, amma bu meyvənin bəkməzini bütün ilboyu istifadə etmək olar. Doşab qanazlığı, soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələrində də istifadə olunur. Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün də çox faydalıdır. Bəkməz inkişafda olan uşaqlar üçün də mükəmməl qidadır, çünki onların minerallara daha çox ehtiyacı vardır. Doşab qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır. Ağız və boğaz yaralarında onu ağızda bir müddət saxlayandan sonra udurlar.

Çox geniş yayılan üzüm doşabı enerji mənbəyidir. O, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, dalaq böyüməsi zamanı faydalı təsir göstərir. Şəkərli diabet xəstələri bu qidadan çox az istifadə etməlidirlər, onlara turş nar bəkməzi daha faydalı ola bilər.

Əncir doşabı ürəyi zəif olanlar, tez-tez qıcolmalar, öskürək, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Əncir bəkməzi ürəyin döyünmə gücünü artırır, dəridə səpgi və ləkələri aradan qaldırmağa kömək edir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031