SON DƏQİQƏ

naxcivanxeberleri.com

Göz yorğunluğu və kompüter

Göz yorğunluğu və kompüter
2-07-2022, 23:31

Kompüter son illər həyat və məişətimizə çox sıx daxil olmuş müasir texnoloji vasitələrdəndir. Ofis işində çalışanların demək olar ki, əksəriyyəti kompüter arxasında uzun müddət oturmaqdan yaranan göz yorğunluğundan şikayət edir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, “Normal qaydada, fasilələrlə kompüterdə işləmək gözləri yormur. Lakin uzun müddət monitorun ekranına baxdıqda gözlər qızarır və yorğun görünür. Aparılan araşdırmalar göstərib ki, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırpılır. Qırpmanın gözün nəm qalmasını təmin etdiyini nəzərə alsaq, kompüterə uzun müddət baxanların görmə orqanlarının niyə quruduğunu və yorğunluğun yaranma səbəbini başa düşmək çətin deyil”.

Bəzi məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əməl edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür. Məsələn, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmaq, başı sabit tutaraq sağ və sol çiyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar.

Gülümbahar çiçəklərini qaynar suda dəmləyəndən sonra tənzifin arasında gözlərə qoyaraq 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır. Uzun sürən kompüter işindən əvvəl və sonra librikant, yəni süni göz yaşı damlalarından istifadə etmək olar.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031