SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonu güclü aqrar regiona çevrilib

Kəngərli rayonu güclü aqrar regiona çevrilib
2-07-2022, 15:49

Dünya miqyasında son dövrlər müşahidə olunan iqtisadi-siyasi zəmində gərginləşmə və qlobal iqlim böhranı dövlətlərin diqqətini bir anda ərzaq təhlükəsizliyi məsələsinə yönəldib. İndi dünyanın bir ucundan digər ucuna dövlətlərin siyasətində ərzaq təhlükəsizliyi məsələsinin strateji səviyyəyə yüksəldiyi görülür. Dolayısı ilə, hər bir dövlət aqrar sektorun bütünlüklə inkişafını, öz daxili tələbatının yerli imkanlar hesabına ödənilməsin

ümdə məsələ kimi gündəmdə saxlayır, bunun üçün proqramlar qəbul edir, xüsusi layihələr icra edir, bu sahədə fəaliyyət göstərənlərə hər cür dəstək göstərir. Dünyada son dövrlərdə ərzaq təhlükəsizliyi məsələsində ortaya çıxan yeni vəziyyət muxtar respublikamızda da yaxından izlənilir, bunun üçün lazımi addımlar atılır. Diyarımızın bütün bölgələrində aqrar sektorun daha da inkişafı naminə genişmiqyaslı işlər görülür, bu da indidən demək mümkündür ki, öz bəhrəsini güclü şəkildə verir – diyarımız bir çox sahələrdə daxili tələbatını yerli imkanlar hesabına ödəyir, hətta ixrac potensialı da ortaya qoyur. Muxtar respublikamızda aqrar sahənin inkişaf etdirilməsi bir neçə mərhələdə özünü göstərir: əkinçiliyin bütün sahələrinin inkişaf etdirilməsi, bunun üçün münbit şəraitin yaradılması, torpaqlardan səmərəli istifadə, məhsuldar toxum sortlarının alınıb gətirilməsi, suvarmaya olan ehtiyacın aradan qaldırılması – meliorativ və irriqasiya sistemlərinin müasirləşdirilməsi, mütərəqqi suvarma şəbəkələrinin quraşdırılması və sair. Bundan başqa, heyvandarlığın, quşçuluğun, arıçılığın, balıqçılığın inkişafı, süni mayalanma mərkəzinin yaradılması, baytarlıq xidmətində müasir iş şəraitinin ortaya qoyulması və damazlıq malların diyarımıza gətirilməsi də diqqət mərkəzində saxlanılır. Əlavə olaraq, aqrarsektorda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinə hər cür dəstəyin göstərilməsi, sahibkarlara kredit dəstəyinin verilməsi, bu sıraya daxil olan insanlar üçün idxal və ixrac imkanlarının yaradılması, əldə edilən məhsulun birbaşa, heç bir maneçilik olmadan satışa çıxarılması kimi addımlar da aqrar sektorda inkişafa səbəb olan digər amillərin başında gəlir.
Muxtar respublikamızda aqrar sektorun inkişafı məqsədilə aparılan genişmiqyaslı işlər diyarımızın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonuna da öz müsbət təsirini göstərib. Aqrar region kimi tanınan Kəngərli rayonu ötən illər ərzində aqrar sektorun, xüsusilə də əkinçilik sahəsi üzrə böyük inkişaf yolu keçib. Müstəqillik illərində ulu öndər Heydər Əliyev tərəfindən torpaqların öz sahiblərinə qaytarılması ilə inkişaf dövrünə qədəm qoyan əkinçilik sektoru rayonda ildən-ilə bu sahədə görülən işlər nəticəsində sürətli şəkildə tərəqqi edib, aqrar sektor, beləliklə, Kəngərlinin inkişafında əsas amil rolunu oynayıb.
Kəngərli rayonunda əkinçiliyin inkişafı üçün atılan addımlar sistemli və ardıcıl şəkildə həyata keçirilib. Belə ki, uzun illər boyu bu bölgənin suvarma suyu sarıdan çəkdiyi əziyyətlər aradan qaldırılıb, meliorativ tədbirlər nəticəsində Kəngərli rayonunun bütün yaşayış məntəqələrində yenisuvarma xətləri çəkilib və qapalı suvarma şəbəkələri qurulub. Kəngərli rayonunda, xüsusilə də qapalı suvarma şəbəkələrinin qurulması daim diqqət mərkəzində saxlanılıb, qurulan bu şəbəkələr nəticəsində min hektarlarla yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbov qapalı suvarma şəbəkələrinin qurulmasının
əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir”.

Kəngərli rayonunda əkinçilik sektoru üçün iki mühüm problem hesab edilən torpaq və suvarma məsələlərindəki çətinliklərin aradan qaldırılmasının ardından bu sahədə fəaliyyət göstərən fermerlərə, torpaq sahiblərinə hər cür dəstəyin göstərilməsi nəticəsində aqrar sektor daha da inkişaf edib. Əkinçiliyin, demək olar ki, bütün ənənəvi sahələrinin inkişaf etdiyi rayonda bu sahələrlə yanaşı, artıq yeni sahələr üzrə də əkin işləri həyata keçirilir. Son olaraq bu il Kəngərli rayonu ərazisində bitki yağlarının əldə edilməsində daha çox faydalı hesab edilən qarğıdalı və günəbaxan əkinlərinə maraq artırılıb, dövlət dəstəyi ilə bitki yağlarının istehsalında istifadə edilmək məqsədilə 78 hektar sahədə qarğıdalı və 30 hektar sahədə günəbaxan əkilib.
Göründüyü kimi, müstəqillik illərində, xüsusilə də son dövrlərdə aqrar sektorda, o cümlədən əkinçilik sahəsində həyata keçirilən addımlar nəticəsində Kəngərli rayonunda aqrar sektor böyük inkişaf yolu keçə bilib. Daxili tələbatın yerli istehsal hesabına ödənilməsində, hətta ixrac potensialının ortaya çıxarılmasında mühüm əhəmiyyət daşıyan bu sahədəki inkişaf istiqaməti həm də bu yerləri özlərinə yurd-yuva seçmişinsanların məşğulluq məsələlərinin həllinə də müsbət təsir göstərib. Yəni bu gün Kəngərli rayonunda aqrar sektor inkişaf edir, sakinlər bu sahənin inkişafında maraqlıdır, onlar həm çalışaraq öz dolanışıqlarını təmin edirlər, həm də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verirlər.

Anar QASIMOV

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031